Taxıl ixracı ilə bağlı işlər başladı - Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda Ukraynadan dəniz yolu ilə taxıl ixracına nəzarət edəcək koordinasiya mərkəzinin vasitəsilə işlərin başladığını elan edib.

Ulutv.info axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Tvitter hesabında yazıb.

"Rusiya və Ukrayna arasında koordinasiya davam edir. Biz cümə günü imzalanmış memorandum üzrə öhdəliklərimizi yerinə yetirmişik və ona əməl etməyə davam edəcəyik. Hazırda birgə koordinasiya mərkəzi işə başlayıb", - məlumatda bildirilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info