Bakıda ev almaq istəyənlərin nəzərinə

Son vaxtlar mənzil bazarında 1-2 otaqlı mənzillər daha çox satılır. Rieltorlar deyirlər ki, əvəzində 3, 4 və daha çox otaqlı evlərə tələb azalıb. Bu da bir sıra amillərlə əlaqələndirilir.

Ulutv.info xezer tv-yə istinadən xəbər verir ki, ötən il isə 3 və 4 otaqlı evlərin daha çox satıldığı bildirilir. Rieltorlar həmçinin mənzil bazarında təxminən 10 faiz bahalaşma olduğunu deyirlər.

Vətəndaşlar da evlərin bahalaşdığı, bir çox ailənin büdcəsinin 3 və daha çox otaqlı mənzillərin qiymətinə uyğun olmadığı qənaətindədirlər.

Əmlak Məsələləri üzrə ekspert Ramil Qasımzadə isə 1və 2 otaqlı evlərə tələbatın artmasını mənzil bazarındakı qiymət artımı ilə əlaqələndirir.

Ramil Qasımzadə deyir ki, 3-4 otaqlı mənzillər nisbətən aşağı qiymətə satılsa belə yenə də bu, hər kəs üçün əlçatan olmur.

Ekspertin sözlərinə görə, ötən illə müqayisədə 1 və 2 otaqlı mənzillərin qiyməti 20 faiz, 3 və daha çox otaqlı evlərin qiyməti isə 10 faiz artıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info