Bakıdan Gürcüstanla sərhədə qədər avtomobil yolunun bir hissəsi təmir edilib

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 290-313 km-də təmir-bərpa işləri icra olunub.

Bu barədə Ulutv.info report-a istinadən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, ümumilikdə 4000 kv.m. sahədə deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra əvəzinə aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info