"Mançester Yunayted" Martinesin transferi ilə bağlı razılıq əldə edib

İngiltərənin "Mançester Yunayted" komandası argentinalı müdafiəçi Lisandro Martinesin transferi üçün Niderlandın "Ayaks" klubu ilə razılığa gəlib.

Ulutv.info trend-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə komandasının mətbuat xidməti bildirib.

Qeyd olunub ki, müqavilə futbolçu tibbi müayinədən uğurla keçdikdən, onunla şəxsi şərtləri razılaşdırdıqdan və giriş vizası almaq üçün tələbləri yerinə yetirdikdən sonra imzalanacaq. Müqavilənin təfərrüatları açıqlanmayıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info