Türkiyəli futbolçu: "Azərbaycan millisində oynamadığım üçün peşman deyiləm"

"Azərbaycan millisində oynamaq təklifini qəbul etmədim. Buna görə peşman deyiləm. Çünki Türkiyə yığmasında çıxış etmək istəyirəm".

Ulutv.info report-a istinadən məlumatına görə, bunu son olaraq Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Hasan Hüseyin Acar "Sporx" nəşrinə açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi 2018 - 2020-ci illərdə "Kayserispor"da oynadığı dönəmdə Azərbaycan millisindən dəvət aldığını xatırladıb: "Gözləmədiyim anda təklif gəldi. Həmin vaxt Kayseridə təlim-məşq toplanışında idim. Yığmanın sabiq baş məşqçisi Şenol Günəş də oraya gəlmişdi. Söhbət zamanı məni hər an milliyə çağıra biləcəyini söylədi. Mən də Azərbaycandan gələn təklifi qəbul etmədim".

Qeyd edək ki, Hasan Hüseyin Acar Türkiyənin U-20 millisinin formasını geyinib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info