Voleybolçu qızlardan ibarət Azərbaycan millisi Estoniya ilə qarşılaşacaq

Bu gün 18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Estoniya ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Yığmamız daha əvvəl Latviya və Ukraynaya 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info