Azərbaycan karateçiləri “Moskva Vselennaya” turnirində yeddi medal qazanıblar

Azərbaycan karateçiləri Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq yarışda 7 medal qazanıblar.

“Report” xəbər verir ki, Asiman Qurbanlı və Mədinə Sadıqova "Moskva Vselennaya" turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yalnız həlledici döyüşdə məğlub olan Rafiz Həsənov gümüş medal əldə edib.

Roman Heydərov (kata), Hüseyn Məmmədli, Nuran Rza-Zadə və Abbas Dadaşov isə yarışı üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, turnirdə 27 ölkədən 331 karateçi mübarizə aparıb.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info