İsveç KİV-i Musa Qurbanlıdan razı deyil: “Zəif çıxış edir”

İsveç mətbuatı “Yurqorden”in ölkə çempionatının 29-cu turu çərçivəsində “Sirius”a qarşı keçirilmiş oyunu barədə yazarkən, birincilərin mümkün start heyətini müzakirə edib və Musa Qurbanlının çıxışına da toxunub.

Sportinfo.az xəbər verir ki, yerli mətbuat azərbaycanlı hücumçunun performansı haqqında belə yazıb:

“Yurqorden”in hücum xəttində məhsuldarlığı zəif Musa Qurbanlı və Noel Milleskoq çıxış edir. Hansı ki, onlar bir-birinə bənzəyirlər.

Hər ikisi mövsümün sonuna yaxın zəifləyiblər. Start heyətində kimin yer alacağına qərar vermək çətindir.
Amma hələlik məşqçilər korpusu seçimdə üstünlüyü azərbaycanlı forvarda verirlər”.

“Yurqorden” evdə rəqibinə 2:4 hesabı ilə uduzub.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info