"Real"ın əfsanəsi "Mançester Yunayted"in baş məşqçisi olur

İngiltərə mətbuatı "Mançester Yunayted"in Erik ten Haqla yollarını ayıracağı təqdirdə 2 namizəd üzərində danışıqlar apardığını yazıb.
Ulutv.info xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçi postuna əsas namizədin Zinəddin Zidan və Ruben Amorimin olduğu irəli sürülüb. Yerli mənbələrin məlumatına görə, “Mançester Yunayted” İngiltərə Liqa Kubokunda“Nyukasl Yunayted”ə 0:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Digər tərəfdən, “Mançester Yunayted” 61 ildə ilk dəfə “Old Trafford”da ardıcıl iki matçda 3 və ya daha çox qol buraxıb.

Bundan sonra klub rəhbərliyi yeni məşqçi üçün hərəkətə keçib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info