Azərbaycan Premyer Liqası: Oyunlar VAR sisteminə görə həftədə üç gün olacaq

Azərbaycan Premyer Liqasının oyunları VAR (videoköməkçi hakim) sisteminə görə həftədə üç gün ərzində baş tutacaq.

Ulutv.info report-a istinadən məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün püşkatma mərasimində bildirib.

PFL rəhbəri VAR sistemi ilə əlaqədar AFFA rəhbərliyi ilə görüşdüklərini söyləyib: "Hazırda bir gündə bölgələrdə istifadə olunması üçün bir maşın var. Bakıda belə problem yoxdur. Çünki həmin qurğu 80 km radiusu əhatə edə bilir. Ona görə də xahiş etdilər ki, bölgələrdə eyni gündə iki oyun olmasın. Biz də qərara aldıq ki, oyunlar cümə, şənbə və bazar günləri keçirilsin".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 5-də başlayacaq.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info