"Kəpəz" Premyer Liqadakı oyunlarını Bakıda keçirə bilər

"Bizim nümayəndə bir ay əvvəl Gəncə stadionunda olub. AFFA rəhbərliyi də bilir ki, orada bəzi problemlər var. Bunlar aradan qaldırılmasa, tələb edəcəyik ki, orada oyun keçirməsinlər".

Ulutv.info report-a istinadən məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün püşkatma mərasimində deyib.

Musayev "Kəpəz"in oyunlarını Bakıda keçirmək ehtimalının da olduğunu istisna etməyib.

O, "Turan Tovuz"un da ev oyunlarını Bakıda keçirmə ehtimalına da münasibət bildirib: "Sırf stadionda işıqlandırma probleminə görə oyunların paytaxtda keçirilməsi düzgün deyil. İnanıram ki, orada başqa problemlər də olmayacaq. Lakin süni işıqlandırma üçün də az pul getmir. Bu, klubun illik büdcəsinin yarısı qədərdir".

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info