Mahir Emreli “Dinamo”nun ikinci komandasında çıxış edəcək

Azərbaycan millisinin futbolçusu Mahir Emreli üzvü olduğu Zaqrebin "Dinamo" klubunda ikinci heyətə düşüb.

Ulutv.info fanat.az-a istinadən xəbər verir ki, bunu klubun baş məşqçisi Ante Çaçiç brifinq zamanı deyib.

Mütəxəssisin sözlərinə görə, hücumçu zədədən yeni sağaldığı üçün ikinci heyətdə yer alacaq, əvvəlki formasını bərpa etdikdən sonra isə onun yenidən əsas heyətə cəlb olunması məsələsinə baxılacaq.

Qeyd edək ki, sabah Xorvatiya çempionatında yeni mövsüm başlayacaq. İlk turda Emrelinin komandası "Lokomotiv"lə qarşılaşacaq.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info