"Sabah" yoxlama oyununda "Səbail"ə qalib gəlib

Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah" və "Səbail" komandaları yoldaşlıq oyununda üz-üzə gəliblər.

Ulutv.info report-a istinadən məlumatına görə, "Bank Respublika Arena"da qarşılaşma "Sabah"ın 3:1 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərinin qollarını Ceyhun Nuriyev (2) və Camal Cəfərov vurub. "Dənizçilər"in yeganə qoluna yeni transfer Franko Mazurek imza atıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info