Kipr klubu "Neftçi" ilə oyunun biletlərinin qiymətini açıqlayıb

Kiprin "Aris" klubu "Neftçi"yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün biletlərin qiymətini açıqlayıb.

Ulutv.info report və Limassol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlər 15 avrodan satışa çıxarılıb.

Tələbələr qarşılaşmanı tribunadan izləmək üçün 10 avro, uşaqlar isə 1 avro ödəməlidirlər. VİP yerlər üçün bilet qiymətləri böyüklər üçün 50 avro, uşaqlar üçün 25 avrodur.

Qeyd edək ki, iyulun 21-də "AEK Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Cavab qarşılaşması iyulun 28-də Bakıda olacaq.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info