Çempionlar Liqası: Ən çox tamaşaçı Bakıda olub

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Ulutv.info-nun report-a istinadən məlumatına görə, 15 matçda ümumilikdə 95 mindən çox tamaşaçı iştirak edib.

Ən çox fanat Bakıda "Qarabağ" və "Lex" komandaları arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 27 652 tərəfdar izləyib.

İkinci pillədə 20 022 tamaşaçı ilə "Dinamo" (Batumi, Gürcüstan) - "Slovan" (Bratislava, Slovakiya) matçı yer alıb. İlk "üçlüy"ü "Ferentsvaroş" (Macarıstan) - "Tobol" (Qazaxıstan) görüşü tamamlayıb - 17 347.

Qeyd edək ki, "Qarabağ" rəqibini 5:1 hesabı ilə məğlub edib. "Köhlən atlar" Poznandakı ilk oyunda minimal hesabla uduzub - 0:1.



Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info