Son nəsil protezlərlə təmin olunan qəhrəmanlar idman bacarıqlarını uğurla nümayiş etdirirlər


Şanlı Zəfərimizin qəhrəmanları olan müharibədə əzalarını itirən qəhrəman döyüşçülərimiz qısa müddətdə son nəsil protezlərlə təmin olunaraq yenidən aktiv həyata dönüblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, onlar hətta müxtəlif idman növlərinə cəlb olunaraq məşqlər edir, öz idman bacarıqlarını uğurla nümayiş etdirə bilirlər.
Son nəsil protezlər funksional üstünlükləri ilə onlara dəyişən məkanlarda və məqamlarda belə hərəkəti sərbəst, tam və daha dəqiq tənzimləməyə, tez və rahat inteqrasiyaya imkan verir.
Xatırladaq ki, müharibədə yaralanaraq əzalarını itirmiş, lakin ən müasir protezlərlə təmin edilərək yenidən fəal həyata davam edən igid hərbçilərimizin iştirakı ilə bir müddət əvvəl futbol yarışı da keçirilib.
Qeyd edək ki, müharibə ilə əlaqədar əlilliyi olan 1,8 min şəxs 30,7 min reabilitasiya vasitəsi, 387 nəfər 403 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib.

F.Şərifov
Ulutv.İnfo







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info