“Beşiktaş” yeni futbolçu transfer etdi

Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni futbolçu cəlb edib.

Ulutv.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul təmsilçisi “Adana Demirspor”dan Tayyip Talha Sanuçu transfer edib. İyirmi iki yaşlı mərkəz müdafiəçisi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Tayyip Talha Sanuç “Adana Demirspor”a 2018-ci ilin yayında “Karabükspor”dan transfer olunmuşdu.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info