Güləşçimiz dünya çempionu oldu

Rumıniyanın Konstantsa şəhərində keçirilən çimərlik güləşi üzrə U-20 dünya çempionatında Azərbaycan idmançısı Fərid Cabbarov (90 kq) qızıl medal qazanıb.


Ulutv.info milli.az-a istinaden xəbər verir ki, digər təmsilçimiz Zəfər Əliyev (+90 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib, Rübail İbrahimli (70 kq) bürünc mükafat qazanıb. Yalnız Fərid Yusifov (80 kq) medalsız qalıb.

Bu nəticə ilə Azərbaycan meydan sahibi Rumıniyadan (95 xal) sonra ikinci olub. Azərbaycan millisi 68 xal qazanıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info