Siyana Vasileva ilk dəfə idmançılara vebinar keçib

Bu gün, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva, FIG Texniki Komitəsinin prezidenti Noha Abuşabana ilə birgə video-konfrans formatında idmançılar üçün onlayn vebinar keçirib.


Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a verilən məlumata görə, vebinara dünyanın hər bir yerindən 30 nəfəri Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının üzvü olmaqla 600-dən çox gimnast qoşulub.

Sözügedən görüşdə Bolqarıstanın Sofiya şəhərində keçiriləcək dünya çempionatının və digər yarışların təşkili, FIG tərəfindən tanınan alətlər, gimnastika geyimləri və aksesuarlar, gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması, anti-dopinq, STS təhsil sistemi kimi müxtəlif mövzularda müzakirələr aparılıb\\milli.az

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info