"Qarabağ" sabiq "Barselona"lı ilə maraqlanır

Avstriya millisi və "Rapid"in futbolçusu Yusuf Demirin adı "Qarabağ"la hallanır.

Ulutv.info offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi 19 yaşlı vingerlə maraqlanır. Bu barədə Avstriya mətbuatı məlumat yayıb. "Qarabağ"ın Yusuf Demiri icarə əsasında heyətinə qatmaq istədiyi bildirilir.

Qeyd edək ki, 2019-cu ildən "Rapid"in əsas komandasında çıxış edən Yusuf Demir ötən mövsümü icarə əsasında "Barselona"da keçirib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info