Nigeriyalı futbolçu "Turan Tovuz"da

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Ulutv.info qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi Henri Okebuqvu ilə 1 illik müqavilə bağlanıb.

Karyerasını əsasən Albaniya çempionatında keçirən nigeriyalı futbolçu "Eqnatiya”, "Partizani”, "Kastrioti”də forma geyinib.

Henri Nigeriyanın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info