"Qol vururuq, istefa qışqırırlar" - Yaşar Vahabzadə

"Kəpəz" Azərbaycan Premyer Liqasının 4-cü turunun oyununda "Səbail"ə 1:4 hesabı ilə məğlub olub. Matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Yaşar Vahabzadə jurnalistlərin suallarını cavablandırıb:

- İlk hissədə üstünlük bizdə idi. Qol imkanlarımız var idi, istifadə etməli idik. İkinci hissəyə pis başladıq, qapımızda qol gördük. Daha sonra öz səhvimizdən ikinci qolu buraxdıq. Sonra qırmızı vərəqə və nəticədə 1:4 hesabı ilə məğlub olduq. Komandam futbol oynamaq istəyirdi. Azlıqda qalanda da müdafiəyə oturmurdular. -

- Rauf Əliyev matçın sonunda çox aqressiv idi. Mahmud Qurbanovun üzərinə hücum edirdi. Bunun səbəbi nə idi?


- Futboldur, uduzduq. Qalib komandanı təbrik edirəm. Oyundan sonra belə şeylər xoşagəlməzdir. Mən görməmişəm, amma olubsa, haqq qazandırmıram. Raufa yaraşmaz özündən böyüyə hörmətsizlik etmək. Mahmud Qurbanov Azərbaycanda tanınmış futbolçu olub. Bu məsələni öyrənərəm.

- Gəncəli azarkeşlər sizi niyə qəbul etmir. Bu, gəncəli futbol vereranlarının sifarişidir, yoxsa başqa səbəb var?

- Bu sualı onlara vermək lazımdır. Mən başa düşə bilmirəm. Düzdür, komanda uduzur, istefa qışqırırlar. Amma biz qol vuranda da istefa qışqırırlar. Bakıda "Neftçi" ilə oyunda da. "Neftçi" elə-belə komanda deyil. Onlara qol vurmağa hər komanda çətinlik çəkir. Qol vururuq, istefa qışqırırlar. Bu, birinci dəfə deyil. Ötən mövsüm qələbə qazandığımız oyunlarda da belə idi. Mən özüm də başa düşə bilmirəm. Allah bilən məsləhətdir.\\milli.az\

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info