Bakıda biabırşılıq: baş məşqçi ilə futbolçu əlbəyaxa oldular

Azərbaycan Premyer Liqasında IV turun "Səbail" - "Kəpəz" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanov və qonaq komandanın futbolçusu Rauf Əliyev arasında münaqişə baş verib.

Ulutv.info report-a istinadən bildirir ki, əlbəyaxa dava həddinə çatan olaya polislər müdaxilə etməli olub. Tərəfləri çətinliklə ayırmaq mümkün olub. Oyunun 69-cu dəqiqəsində isə baş hakim Tural Qurbanov 33 yaşlı hücumçunun təhqirə yol verdiyini bildirərək, onu meydandan qovub.

Görüşün ardından təşkil olunan mətbuat konfransında Qurbanov Əliyevin davranışını anlayışla qarşıladığını bildirib: "Əslində Raufu başa düşmək olar. Çünki komandası uduzub, özü isə qırmızı vərəqə alıb. O, hələ işin nə yerdə olduğunu bilmir. Digər tərəfdən, Əliyev mövsümlərarası fasilə müddətində çox istəyirdi ki, "Səbail"də qalsın. Lakin mən onun qalmamasını qərara aldım. Çox güman ki, bundan incik düşüb, işin içini bilməyə-bilməyə nə isə artıq-əksik danışmaq istəyir. Eybi yox".


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info