DİN: “Oyundan sonra bir qrup azarkeş öz aralarında mübahisə edib”

Sosial şəbəkələrdə və KİV-lərdə Bakıda keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” və “Lex” komandalarının qarşılaşmasından sonra mübahisə edən bəzi azarkeşlərin saxlanılması ilə əlaqədar məlumatlar səsləndirilib.

Ulutv.info
xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov ölkəmizin futbol ictimaiyyətini Qarabağın möhtəşəm qələbəsi münasibətilə təbrik edərək bildirib ki, oyun öncəsi, həmçinin oyun zamanı və oyundan sonra polis əməkdaşları ictimai təhlükəsizliyi və ictimai asayişi elə qələbəmizə layiq mühafizə ediblər.

Oyundan sonra stadiondan kənarda bir qrup azarkeşin öz aralarında mübahisəsinin də qarşısı polis əməkdaşları tərəfindən dərhal alınıb. Onlara xəbərdarlıq edilərək sərbəst buraxılıblar.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info