"Qalatasaray" "Qarabağ"ın müdafiəçisi ilə maraqlanır

Türkiyənin "Qalatasaray" klubu "Qarabağ"ın 21 yaşlı müdafiəçisi Toral Bayramovla maraqlanır.

Ulutv.info
trend-ə istinadən xəbər verir ki, İstanbul klubunun nümayəndələri gənc futbolçunun bir neçə oyununu izləyib. Futbolçunun transferi ilə bağlı yaxın zamanlarda danışıqların başlanması gözlənilir.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Toral Bayramov 2019-cu ildən "Qarabağ"ın heyətində çıxış edir. Bütün turnirlərdə "Qarabağ"ın tərkibində 72 oyun keçirmiş T.Bayramov 4 qola imza atıb.

Onun 2024-cü ilədək "Qarabağ"la müqaviləsini olduğu deyilir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info