"Olimpiakos" "Neftçi"nin sabiq futbolçusu ilə bağlı qərarını verdi

Yunanıstanın "Olimpiakos" klubu futbolçusu Mamadu Kaneni icarəyə verib.

Ulutv.info offsideplus.az-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını "Pafos"da davam etdirəcək.

Razılaşmaya əsasən, qvineyalı oyunçu mövsümün sonunadək Kipr təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Mamadu Kane 2019 - 2021-ci illərdə "Neftçi"də çıxış edib. Afina təmsilçisi 2021-ci ilin yayında futbolçunu 300 min avro qarşılığında transfer edib. "Olimpiakos"la 4 illik müqavilə imzalayan Kane 2021/2022 mövsümünün ilk yarısında icarə əsasında "ağ-qaralar"da oynayıb.

O, 2020/2021 mövsümündə "Neftçi" ilə ölkə çempionu olub.

Kane paytaxt təmsilçisi ilə bütün turnirlərdə 71 oyun, transfer olduğu Yunanıstan klubunun heyətində isə bütövlükdə 7 matç keçirib.

Futbolçu 2020-ci ilin noyabrında debüt etdiyi Qvineya millisində isə indiyə qədər 11 oyunda iş başında olub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info