"Qalatasaray"dan surpriz transfer həmləsi

"Qalatasaray" heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Ulutv.info fanatik-ə istinadən xəbər verir ki, yay "transfer pəncərə"sində heyətə cəlb edilən isveçrəli forvard Haris Seferoviçin Türkiyə Super Liqasında ilk 3 turun oyununda gözləniləni verməməsi İstanbul təmsilçisini narahat etməyə başlayıb. Bu səbədən klub sözügedən mövqeyə yeni transfer etmək üçün hərəkətə keçib. Xəbərə görə "sarı-qırmızılar" "Spartak"nın (Moskva) futbolçusu Şamar Nikolsonı heyətinə qatmaq istəyir. Bildirilir ki, "Qalatasaray"ın rəsmisi Erden Timur danışıqlar üçün Rusiyaya gedəcək. Transfer baş tutmayacağı təqdirdə klub nümayəndəsi daha bir neçə ölkədə adıçəkilən mövqe ilə bağlı danışıqları davam etdirəcək.

Qeyd edək ki, yamaykalı hücumçu 2021/2022 mövsümünün ilk yarısında Belçikanın "Şarlerua" klubundan 8 milyon avro qarşılığında "Spartak"a (Moskva) transfer olmuşdu.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info