“Ərdoğan bu futbolçunu “Galatasaray”a gətirmək istəyir” - Liderlər zirvəsində ŞOK MÜZAKİRƏ

NATO liderlər zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rumıniyalı həmkarı Klaus İohannislə keçmiş futbolçu George Haci və onun oğlu İanis barədə danışıb.

Ulutv.info xəbər verir ki, bu barədə Rumıniyanın “RoFtbl” idman saytı məlumat yayıb. Məlumata görə, Ərdoğan həmkarından İanis barədə məlumat alıb. Rumıniya mətbuatı bu məlumatı “Ərdoğan İanis Hacini “Galatasaray”a gətirmək üçün səy göstərir” başlığı ilə oxucularına təqdim edib. Müzakirə zamanı Prezidentlərin yanında olan Rumıniyanın rəsmi nümayəndəsi belə deyib:

“Bizim prezidentimiz futbolun kralı Hacinin yaxşı işlər həyata keçirdiyini, futbol akademiyasında uğurlar əldə etdiyini və yeni bacarıqlı oyunçular futbola bəxş etdiyini dedi. Prezident Ərdoğan isə İanisin necə futbolçu olduğunu soruşdu. Ərdoğan həmkarına “Bir gün o da atası kimi “Galatasaray”da oynayacaq dedi. İohannis isə kiçik Hacinin yaxşı futbolçu olacağından danışdı”.

Böyük Britaniya mətbuatı da NATO liderlər zirvəsində Ərdoğanın rumıniyalı həmkarı ilə futboldan bəhs etdiyini təsdiq edib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info