İslamiadanın azərbaycanlı qalibinin əli və burnu sınıb - FOTO

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış Azərbaycan kikboksçusu Anar Məmmədovun (57 kq) sağ əli qırılıb.


Ulutv.info report-a istinadən bildirir ki, bu barədə milli komandanın və idmançının şəxsi məşqçisi Eduard Məmmədov məlumat verib.

O bildirib ki, son dünya çempionu olan tələbəsi final görüşünədək artıq zədələrlə üzləşib:

"Onun finaladək burnu sındı, sağ gözü isə zərbədən şişmişdi. Finalda Türkiyə idmançısı Hatip Əmləklə görüşdə isə əli qırıldı".

Qeyd edək ki, kikboksinqin "lou kik" növü üzrə döyüşən Anar Məmmədov Avropa çempionu olmaq üçün noyabrda Türkiyənin Antalya şəhərində keçiriləcək qitə birinciliyinədək hazır olmağa çalışacaq.

Ulutv.info

Məqaləyə dair fotomateriallar:







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info