İDMAN "Qalatasaray" "Qarabağ"ın futbolçusuna elçi düşüb

"Qarabağ"ın müdafiəçisi Toral Bayramov "Qalatasaray"ın maraq dairəsindədir.

Ulutv.info fanat.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin nümayəndələrinin Toralın agenti ilə əlaqə saxladıqları bildirilir

Məlumatda qeyd olunur ki, "köhlən atlar"ın digər müdafiəçisi Qara Qarayev də bir çox türk klublarına maraqlıdır.

UEFA Çempionlar Liqasının təsnifat mərhələsində göstərdiyi performansla hər iki futbolçu qardaş ölkənin bir neçə klubunun nəzərini cəlb edib.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info