Paytaxt klubu onu Premyer Liqaya buraxmadı

“Atletiko”nun yarımmüdafiəçisi Yannik Karrasko bu yay komandanı tərk etməyəcək.

Ulutv.info apasport.az-a istinaden məlumatına görə, İspaniya klubu 28 yaşlı hücumameyilli oyunçunun İngiltərəyə yollanmasına icazə verməyib.

Belçika millisinin üzvü “Mançester Yunayted”, “Çelsi” və “Tottenhem”in maraq dairəsindədir. Ancaq madridlilərin baş məşqçisi Dieqo Simeone onu buraxmaq fikrində deyil.

Qeyd edək ki, Yannik Karrasko ötən mövsüm 3302 dəqiqə meydanda olmaqla yalnız qapıçı Yan Oblak və yarımmüdafiəçi Kokedən az oynayıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info