Mədət Quliyev bu şəxsə ev bağışladı

Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev “Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi olan Azərbaycan millisinin üzvü Elçin Əsədova Bakıda 3 otaqlı ev bağışlayıb.

Ulutv.info xəbər verir ki, mənzilin açarı mükafatlandırma mərasimində təqdim olunub.

Tədbirdə Mədət Quliyevlə yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, nazir mavini Mariana Vasileva və AVF-nin vitse-prezidenti Robert Eyyubov da iştirak ediblər.

Əvvəlcə fərdi, daha sonra komanda yarışının qalibləri mükafatlandırılıb.

Monqolustan yığması üçüncü, "Daşkənd Siti" ikinci, "Sakarya" komandası birinci yerin sahibi kimi mükafatlarını alıb.

Tədbir Yallı rəqsi ilə yekunlaşıb./Report
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info