Mauro İkardi "Qalatasaray"la danışıq aparmaq üçün İstanbula gedib

Fransanın PSJ klubunun və Argentina millisinin futbolçusu Mauro İkardi karyerasını Türkiyədə davam etdirə bilər.

Ulutv.info report-a istinadən bildirir ki, bu barədə "Haber Global"ın jurnalisti Bərk Göl şəxsi tviter hesabından paylaşım edib.

29 yaşlı hücumçunun hazırda həyat yoldaşı və meneceri Vanda Nara ilə birlikdə "Qalatasaray"la danışıqlar üçün İstanbulda olduğu bildirilib.

Qeyd edək ki, Mauro İkardi 2019-cu ildən PSJ-də çıxış edir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info