Azərbaycanın iki cüdoçusu Böyük Dəbilqədə finalda

Azərbaycanın iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib.

73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov ardıcıl olaraq, ABŞ təmsilçisi Cek Yonezuka, polşalı Viktor Mrovçinski, tacikistanlı Behruzi Xocazoda və kubalı Maqdiel Estradanı məğlub edərək həlledici görüşdə iştirak hüququ qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı olimpiya, dünya və Avropa çempoonu Laşa Şavdatuaşvili ilə üz-üzə gələcək.

Bu çəkidəki digər Azərbaycan təmsilçisi Rüstəm Orucov isə bürünc medal görüşünə çıxacaq. Onun rəqibi Maqdiel Estrada olacaq.

81 kq-da isə Səid Mollayi adını finala yazdırıb. Yığmada debüt edən cənubi azərbaycanlı cüdoçu əvvəlcə yunanıstanlı Atanasios Milonelisi mübarizədən kənarlaşdırıb. 1/8 finalda israilli Saqi Mukidən, növbəti mərhələdə isə qırğızıstanlı Asad Masabirovdan güclü olan Mollayi finala gedən yolda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşviliyə qalib gəlib.

İran bayrağı altında 2018-ci ildə Bakıda keçlrilən dünya çempionatının qızıl medalını qazanan 30 yaşlı idmançının həlledici dueldə rəqibi Vedat Albayrak (Türkiyə) / Gilyerme Şmit (Braziliya) cütünün qalibi olacaq

Eyni çəki dərəcəsində yarışan Zelim Tskayev isə ilk görüşdən qalib ayrılsa da, 1/8 finalda Vedat Albayraka uduzaraq turniri medalsız başa vurub. \\Qol.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info