"Zirə" 2 yeni futbolçu transfer edib

"Zirə" heyətinə iki yeni futbolçu cəlb edib.

Klubdan Ulutv.info-ya report-a istinadən verilən məlumata görə, Andriya Lukoviç və Toni Korreya Qomeslə 2 illik müqavilə imzalanıb.

27 yaşlı Lukoviçin son klubu Portuqaliya “Belenenseş”i olub. Serbiyalı yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Rad", "Bask", "Srvena Zvezda", "Vojdovaç", Polşanın "Rakuv", Portuqaliyanın "Famalikan" klublarında çıxış edib.

23 yaşlı Qomesin son klubu Türkiyə “Menemenspor”u olub. Portuqaliyalı hücumçu daha əvvəl ölkəsinin “Arouka”, Misirin “Haras El-Hadud”, “Tala El-Qaiş”, İngiltərənin “Forest Qrin Rovers” klublarının formasını geyinib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info