İslamiada: Azərbaycanın basketbol yığması 1/4 finala yüksəlib

Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ardıcıl 3-cü qələbəsini qazanıb.

Ulutv.info report-a istinadən xəbər verir ki, yığma bu dəfə Mərakeşi məğlubiyyətə uğradıb. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən milli komanda sonadək üstünlüyünü qoruyub - 18:11. Bununla da yığma 1/4 finala vəsiqəni təmin edib.

Azərbaycanın Sudanla qrupdakı son matçı rəqibin oyuna gəlməməsi üzündən baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı əvvəlki oyunlarında Maliyə 18:15, Türkiyəyə isə 21:12 hesabı ilə qalib gəlib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info