İslamiada: Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi finala yüksəlib

Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Ulutv.info report-a istinadən xəbər verir ki, yığma yarımfinalda İran seçməsinə 45:22 hesabı ilə qalib gəlib.

Azərbaycanın həlledici qarşılaşmadakı rəqibi Türkiyəni 45:31 hesabı ilə məğlub edən Özbəkistan olacaq. Bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq görüş İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info