İslamiada: Azərbaycanın kişi voleybol millisi Türkiyəyə uduzaraq medalsız qalıb

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi voleybolçulardan ibarət millisi medalsız qalıb.

Ulutv.info-nun report-a istinadən verdiyi məlumata görə, milli üçüncülük uğrunda görüşdə meydan sahibi Türkiyəyə 1:3 (23:25, 25:22, 26:28, 14: 25) hesabı ilə uduzub.

Qeyd edək ki, bu gün Azərbaycanın qadın voleybol millisi də üçüncülük uğrunda Kamerunla qarşılaşacaq. Həmin görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info