Azərbaycanlı hakim İslamiadada final oyununu idarə edəcək

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov bu gün qadın voleybolçular arasında keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının final matçında Türkiyə – İran görüşündə ədaləti qoruyacaq.

Ulutv.info Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Zülfüqarov Türkiyənin Konya şəhərində təşkil olunacaq matçda əsas referi olacaq.

Ona kamerunlu Reqin Um kömək edəcək.

Qeyd edək ki, həmin matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info