Tuxellə Konte arasında nə baş verdi? - AÇIQLADILAR

Dünən baş tutan "Çelsi" - "Tottenhem" matçından (2:2) sonra komandaların baş məşqçiləri Antonio Konte və Tomas Tuxel arasında münaqişə baş verib.

Ulutv.info offsideplus.az xəbər verir ki, matçın final fitindən sonra almaniyalı mütəxəssis italiyalı həmkarı ilə görüşərkən onun əlini buraxmayıb. Kontenin xoşuna gəlməyən bu hadisə tərəflər arasında qalmaqalla başa çatıb.

Tomas Tuxel oyundan sonra baş tutan mətbuat konfransında bu məsələyə toxunub: "Hər iki qol qeydə alınmamalı idi. Yalnız bir komanda qələbə qazanmağa layiq idi, o da biz idik.

Hojbjerq və Bentankur bu gün nə qədər taktiki foul etdi, xatırlamıram.

Nə vaxtdan oyunda rəqibin saçını dartırıq? Epizoda baxdılar və heçə baş vermədi.

Gülməli hadisədir. Mən gələn oyun iştirak edə bilməyəcəm, amma hakim fit səsləndirə biləcək? Fikirləşirdim ki, əl sıxanda gözlərimizin içinə baxmalıyıq. O isə başqa fikirdədir.

Yenə deyirəm, vəziyyəti şərh etmək istəmirəm. Çünki bu, ən vacib məsələ deyil, bu, mənimlə onun arasında olan problemdir.

Bu vəziyyət haqqında deyil, oyun haqqında danışın, biz futbol haqqında danışmaq üçün buradayıq".

Antonio Konte isə instaqram səhifəsindən Tuxelə söz atıb: "Yaxşı ki, səni görməmişəm... Səni yıxsaydım, buna layiq olardın".

Qeyd edək ki, münaqişəyə görə hər iki baş məşqçi qırmızı vərəqə ilə cəzalandırılıb.



Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info