"Qarabağ"ın "Viktoriya" ilə matçının hakimləri müəyyənləşdi

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ”ın turnirin pley-off mərhələsində Çexiyanın "Viktoriya Plzen” klubuna qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər açıqlanıb.

Ulutv.info UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avqustun 17-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın hakimi Slavko Viniçiç olacaq. Ona yan xətt hakimləri Tomaz Klançnik, Andray Kovaçiç yardım edəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

Görüşün VAR hakimləri Nejc Kajtazovic və Yure Preprotnik

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun start fiti saat 20.45-də səsləndiriləcək.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info