Çerçesov "Qarabağ"la oyun haqda danışdı

Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Stanislav Çerçesov klubun rəsmi saytına yeni müsahibə verib.

Ulutv.info offsideplus.az-a istinadən xəbər verir ki, rusiyalı çalışdırıcı UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a uduzmaları (1:1, 1:3) ilə bağlı da qısa fikir bildirib.

"Qarabağ"la matç artıq tarixdə qalıb. Mərhələ keçə bilmədiyimizə görə təəssüflənirik. Amma irəli baxmalıyıq. Çünki qarşıda mühüm qarşılaşmalar var. "Fehervar"la çempionat görüşünə köklənmişik. Rəqibi analiz etmişik və oyuna tam hazırıq", - deyə Çerçesov bildirib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info