İslamiada: Azərbaycan gimnastları növbəti qızıl medalı qazanıb

Azərbaycan gimnastları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıblar.

Ulutv.info-nun report-a istinadən xəbər verir ki, Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət cütlük aerobika gimnastikası üzrə qarışıq qoşa yarışlarında 1-ci yeri tutublar.

11:54
Azərbaycan gimnastı Vladimir Dolmatov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, o, aerobika gimnastikası üzrə fərdi proqramda bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Fərdi proqramda çıxış edən digər Azərbaycan təmsilçisi Mədinə Mustafayeva isə gümüş medala sahib çıxıb.



Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info