İslamiada: Qadın voleybolçulardan ibarət Azərbaycan millisi yarımfinalda uduzub

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununu keçirib.

Ulutv.info report-a istinadən xəbər verir ki, yığma finala gedən yolda İran seçməsi ilə qarşılaşıb. Rəqibinə 1:3 (18:25, 25:18, 16:25, 22:25) hesabı ilə uduzan Azərbaycan finala adlaya bilməyib.

Qeyd edək ki, milli komanda bürünc medal uğrunda qarşılaşmada Türkiyə - Kamerun cütünün məğlubu ilə üz-üzə gələcək.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info