Azərbaycan üzgüçüləri V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəliblər

Azərbaycan üzgüçüləri V İslam Həmrəyliyi Oyunlarında final və yarımfinala yüksəliblər.

Ulutv.info trend-ə istinadən bildirir ki, Azərbaycan üzgüçüləri Fatimə Əlkərəmova və Yusibov Nihad yarımfinala çıxıblar.

Məryəm Şeyxəlizadə (50 metr), Rəşad Əliquliyev finala yüksəliblər.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info