PSJ Messi haqda qərar verdi

PSJ klubu argentinalı ulduz Lionel Messi ilə sözləşməni uzatmaq istəyir.

Ulutv.info “L Equipe” nəşrinə istinadən xəbər verir ki, rəhbərlik hücumçunun oyunundan razı qalıb. Müqavilənin uzadılması ilə bağlı danışıqlara yaxın vaxtlarda başlanacağı qeyd edilir. Mənbəyə görə Messi daha bir mövsüm komandada oynayacaq.

Qeyd edək ki, 35 yaşlı futbolçu 2021-ci ilin yayında PSJ-yə keçib. O, ötən mövsüm Fransa klubunun heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 11 qol vurub və 14 məhsuldar ötürmə edib.\\offsideplus.az\

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info