"Qarabağ"ın hücumçusu Türkiyə klubunun hədəfində - ÖZƏL

"Qarabağ" klubunun hücumçusu İbrahima Vaci komandanı tərk edə bilər.

27 yaşlı seneqallı forvardla Türkiyənin "Giresunspor" klubu maraqlanır.

Ulutv.info offsideplus.az-a istinadən əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Vacinin qış transfer pəncərəsində satılmasına razılıq verib.

Bununla belə, "Qarabağ" hazırda hücum xəttinə axtarışları davam etdirir.

Bir neçə gün əvvəl "atlılar"ın Macarıstan "Fehervar"ının gürcüstanlı hücumçusu Budu Zivzivadze ilə maraqlandığına dair xəbərlər yayılmışdı. Lakin ağdamlıların mətbuat katibi Gündüz Abbaszadə saytımıza açıqlamasında onun "Qarabağ"ın transfer hədəfində olmadığını bildirmişdi.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info