Azərbaycanın para-stolüstü tennisçisi İslamiadada mübarizə aparıb

Azərbaycanın para-stolüstü tennisçisi Dinarə Sunçeleyeva bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında mübarizə aparıb.

Ulutv.info-nun report-a istinadən verdiyi xəbərə görə, o, 3 görüş keçirib.

Dinarə Sunçeleyeva əvvəlcə türkiyəli Ümran Ertişə 0:3 hesabı ilə uduzsa da, daha sonra iranlı Fatimə Məhəmmədidən üstün olub – 3:0. Bununla belə, o digər İran təmsilçisi Seyidə Fatimə Etesaminia ilə bacarmayıb – 0:3.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info