"Barselona" onunla bağlı qərarını verdi

"Barselona" Usman Dembele ilə bağlı yekun qərara gəlib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi müqaviləsi başa çatan və hazırda azad agent olan vingerlə yeni sözləşmə imzalayacaq. Hər iki tərəf arasında danışıqlar olub. Bu barədə jurnalist Fabrizio Romano "tvitter" hesabında məlumat yayıb.

Bildirək ki, Dembelenin İspaniya nəhəngini tərk edəcəyi gözlənilirdi.

Qeyd edək ki, Dembele ötən mövsüm "Barsa" formasıyla 31 oyunda 1 qol vurmuşdu.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info