“Qarabağ”ın 3 futbolçusu Avropa Liqasının rəmzi komandasında

UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə Portuqaliyanın “Braqa” klubuna 4:2 hesabı ilə qalib gələn “Qarabağ”ın 3 futbolçusu ilk oyunların rəmzi komandasına düşüb.

“SofaScore” nəşrinin versiyasında qapıçı Andre Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdulla Zubir 11 oyunçu arasında yer alıb.

Nəşrin qiymətləndirməsinə görə, Lunyov 7,9, Yankoviç 8,0, Zubir isə 9,0 xalla qiymətləndirilib.

Qeyd edək ki, “Qarabağ”ın 4:2 hesabı ilə qalib gəldiyi matçda Abdullah Zubir 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, həm də həftənin futbolçusu adına namizəddir.




Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info